ÜMUMİ MƏLUMAT

Müasir dəbdəbənin təcəssümü

Sizin səyahətiniz ev rahatlığı və sakitliyi ilə dolu, dənizə əsrarəngiz mənzərəsi olan nömrələrdən başlayacaq. Bütün nömrələr ən son texnika ilə təchiz olunub. Yeddi restoran və bar, eləcə də gecə klubu, spa və müasir trenajor zalı olan fitnes mərkəzi, ənənəvi türk və fin saunaları, par hamamları, isitmə sistemli termal şezlonqlarla təchiz olunmuş istirahət otaqları, qapalı və açıq hovuz, idman avadanlığı, özəl çimərlik, müxtəlif cür təpəcikləri olan akvapark, bilyard, boulinq, eləcə də iclas otaqları, müxtəlif tədbirlərin keçirilməsi üçün unikal zallar və açıq meydançaların olduğu konfrans mərkəzi qonaqların xidmətindədir.

Otaq və apartamentlərdən əlavə otelin ərazisində üç yataq otağı olan, otelin ön tərəfində, sıx bağın içərisində yerləşən 14 ikimərtəbəli kotec var. Sahəsi 156 m2 olan hər bir kotecin şəxsi qarajı, ayrıca həyəti və yuxarı mərtəbədə geniş, açıq balkonu var.

  • Dənizə mənzərəsi olan 176 nömrə və syutlar
    • Mənzərəli görüntü
    • Dənizə mənzərəsi olan balkon
    • Otel ərazisindı pulsuz Wi-Fi
    • İş sahəsi
    • Yağış duşu və hamam ləvazimatları
    • İnteraktiv peyk televiziyası
  • 7 restoran, kafe və bar
  • 300 metr özəl çimərlik
  • Spa və fitnes mərkəzləri
  • Regionda ən böyük akvapark
  • Futbol, voleybol, çimərlik voleybolu və tennis üçün meydançalar
Xəbərlərə abunə ol

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

Abunə ol
Xəbərlərə abunə olduğunuz üçün təşəkkür edirik
Səhvlik baş verdi, Zəhmət olmasa yenidən cəhd edin

Sorry, there are no reviews available.

The hotel is opening summer 2015.