OTAQLAR

Ümumi məlumat

26 m2-dən 35 m2-ə qədər sahəsi olan bu nömrələr qonaqlara 1 böyük və ya 2 ayrı yataq, geniş duş-kabin, rahat iş sahəsi, zövqlü detallar və Xəzər Dənizinə möhtəşəm mənzərəli sakit istirahət təklif edir.

  • Spesifikasiya

    • Çarpayı: 1 böyük və ya 2 ayrı
    • Sahə: 26-35 m2
    • Tutum: 2 böyük və 1 körpə (əlavə körpə beşiyi ilə) 

Ümumi məlumat

Deluxe Balcony Room sizə Xəzər Dənizinə əvəzolunmaz mənzərəsi olan özəl balkon təklif edir. Sizin burada keçirdiyiniz vaxtı əvəzolunmaz etmək üçün otaqdakı bütün elementlər ən xırda məqamlara qədər düşünülüb.

  • Spesifikasiya

    • Çarpayı: 1 böyük və ya 2 ayrı
    • Sahə: 37 m2
    • Tutum: 2 böyük və 1 körpə (əlavə körpə beşiyi ilə) 

Ümumi məlumat

Künc mövqeli, 45 m2 sahəsi olan Junior Suite nömrələrindən dənizin gözəl sahilinə mənzərə açılır. Bu nömrələr tam rahatlıq şəraitində istirahət üçün ideal ortam yaradır. Nömrələrdə iki balkon və rahat divanı olan qonaq otağı var. Bunların sayəsində Junior Suite otaqları uşaqlı ailələr üçün çox uyğundur.

  • Spesifikasiya

    • Çarpayı: 1 böyük və ya 2 ayrı
    • Sahə: 45 m2
    • Tutum: 2 böyük və 1 körpə (əlavə körpə beşiyi ilə) 
       

Ümumi məlumat

Bir yataq otaqlı, 55-75 m2 sahəsi olan lüks Executive Suite nömrələrindən dənizin gözəl sahilinə panoramlı mənzərə açılır. Bu nömrələr tam rahatlıq şəraitində istirahət üçün ideal ortam yaradır. Sakit qəhvəyi və qızılı tonlarda tərtib olunmuş möhtəşəm interyer üslubu otağın panoramlı pəncərələrindən açılan əsrarəngiz dəniz mənzərəsi ilə həmahənglik təşkil edir. Nömrələrdə divanı olan ayrıca qonaq otağı, yemək masası və yazı masası olan geniş iş sahəsi var.

  • Spesifikasiya

    • Çarpayı: 1 böyük və ya 2 ayrı
    • Sahə: 55-70 m2
    • Tutum: 2 böyük və 1 körpə (əlavə körpə beşiyi ilə) 

Ümumi məlumat

83 m2 sahəsi olan Family Suite nömrəsinin geniş otaqları məxsusi olaraq uşaqlı ailələr üçün yaradılıb. Burada valideynlər və uşaqlar bir nömrədə qalmaqla birgə xoş vaxt keçirə və genişlikdən zövq ala bilərlər. Hər bir otaqda Xəzər dənizinə möhtəşəm mənzərəli üç balkon var.

  • Spesifikasiya

    • Çarpayı: 1 böyük və ya 2 ayrı
    • Sahə: 83 m2
    • Tutum: 2 böyük və 1 körpə (əlavə körpə beşiyi ilə) 

Ümumi məlumat

Özünüzə binanın sonuncu mərtəbəsində yerləşən Ambassador Suite nömrəsinin hədsiz rahat və geniş otaqlarında istirahət etmək imkanı verin. Geniş qonaq otağında royal, rahat divan, eləcə də möhtəşəm yemək masasının və mətbəxin olduğu dəbdəbəli istirahət zonası var. Otağın geniş pəncərələrindən Xəzər dənizinə və onun sahilinə valehedici mənzərə açılır.

  • Spesifikasiya

    • Çarpayı: 1 böyük və ya 2 ayrı
    • Sahə: 124 m2
    • Tutum: 2 böyük və 1 körpə (əlavə körpə beşiyi ilə) 

Ümumi məlumat

Prezident nömrəsi otelin sonuncu mərtəbəsində yerləşir və fransız neoklassisizm üslubunda dizayn olunub. Otağın zəngin tərtibatı incə zövqlə hazırlanıb və özündə nəcib dəbdəbə, genişlik və müstəsna rahatlığının vəhdətini təşkil edir. Burada nəinki bu otaqların təntənə və dəbdəbəsini, həmçinin bütün istirahət mərkəzinin möhtəşəmliyini özündə əks etdirən təntənəli əzəmət hökm sürür.

Füsunkar mənzərə, talvarlı möhtəşəm çarpayı, nəfis mərmər, hamam otağının məxsusi aksesuarları, qızıl işləməli interyer, qonaq otağında olan ağ, imperial üslublu mebel, Barokko üslubunda çəkilmiş müxtəlif rəsm əsərləri, əsasını yunan-roma mədəniyyətindən götürən heykəl və ornamentlər, qonaq otağından olan dəbdəbəli, ağ royal, özəl görüş və təntənəli ziyafətlərin keçirilməsi üçün ən heyrətamiz məkan olan yemək otağı – bütün bunlar məxsusi özəl xidmətlə birlikdə qonaqlarımıza Xəzər dənizinin unikal təbiətindən zövq alaraq əvəzolunmaz komfort və dəbdəbə mühitində istirahət etmək imkanı yaradacaq.

  • Spesifikasiya

    • Çarpayı: 1 böyük və ya 2 ayrı
    • Sahə: 170 m2
    • Tutum: 2 böyük və 1 körpə (əlavə körpə beşiyi ilə) 

ÜÇ YATAQ OTAQLI KOTECLƏR

Ümumi məlumat

For an extra special stay, choose one of the three-bedroom cottages located in the extensive landscaped gardens of the resort. Our 14 two-story cottages feature contemporary décor and exceptional amenities ideal for both short and long-term stays.

Each residential-style cottage includes a spacious living room and kitchen, as well as three bedrooms and a bathroom. Views range from our waterpark to the resort’s lush greenery best enjoyed from the cottage’s private sun terrace and spacious balcony (located on the ground floor and second floor respectively).

  • Spesifikasiya

    • Çarpayı: 1 böyük və ya 2 ayrı
    • Sahə: 140 m2
    • Tutum: 2 böyük, 2 uşaq və 1 körpə (əlavə körpə beşiyi ilə) 

Xəbərlərə abunə ol

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

Abunə ol
Xəbərlərə abunə olduğunuz üçün təşəkkür edirik
Səhvlik baş verdi, Zəhmət olmasa yenidən cəhd edin

Sorry, there are no reviews available.

The hotel is opening summer 2015.