QONAQLAR ÜÇÜN

Azərbaycan Avrasiyanın Qafqaz regionunda ən böyük ölkədir. Ölkə Şərqi Avropa və Qərbi Asiya arasında qismən bölünüb. Ölkənin şərq sahillərini Xəzər dənizi yuyur, şimalda isə Rusiya Federasiyası ilə həmsərhəddir. Digər həmsərhəd ölkələr qərbdə və şimal-qərbdə Gürcüstan, qərbdə Türkiyə, cənub-qərbdə Ermənistan və cənubda İrandır.

Bakı Cənubi Qafqazın ərazisində ən böyük kosmopolit meqapolisdir. Dünyanın çox az şəhərləri bu qədər sürətlə dəyişir və özündə Şərqin və Qərbin elementlərinin bu qədər zərif ahəngini təcəssüm etdirir. Şəhərin piyada hərəkət üçün nəzərdə tutulmuş heyranedici mərkəzi ağaclar və butiklərlə dolu küçələrdən ibarətdir. YUNESKO-nun Ümumdünya irsi statusu qeyri-adi dişli qövsləri olan qala divarları ilə əhatə olunmuş heyranedici İçəri Şəhərin elit evlərini qoruyub saxlamağa kömək edib. Sevgili cütlüklər müsəlman stereotiplərinə məhəl qoymadan yaşıllıqları və mavi ənginlikləri şəhəri əhatə edən, səhralıq ətrafa meydan oxuyan, kölgəlik parklarda və Xəzərin sahilində əl-ələ gəzişirlər.

Qısa bələdçi

Saat qurşağı UTC/GMT+4 saat

Dillər

Azərbaycanda rəsmi dövlət dilinin Azərbaycan dili olmasına baxmayaraq burada həmçinin ingilis, rus və türk dilləri geniş yayılıb.     

Elektrik Sistemi

Yerli elektrik gərginliyi 220 Voltdur. Konsyerjdə qonaqlara lazım ola biləcək adapterlər var.

Xəbərlərə abunə ol

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

Abunə ol
Xəbərlərə abunə olduğunuz üçün təşəkkür edirik
Səhvlik baş verdi, Zəhmət olmasa yenidən cəhd edin

Sorry, there are no reviews available.

The hotel is opening summer 2015.