NILA

GÖRMƏLİ YERLƏR

GÖRMƏLİ YERLƏR

QIZ QALASI


Qeyri-adı konstruksiyası və onu əhatə edən əfsanələr sayəsində Qız Qalası Bakının ən əsas memarlıq abidəsidir. Əfsanəyə görə bu qala 12-ci əsrdə Xəzər dənizinin sahilidə tikilib. O zaman o, deyilənlərə görə, keçik qülləsi kimi istifadə olunurdu. Lakin tikinti və memarlıq, ehtimallara görə, 2500 il əvvələ işarə edir.

Daha ətraflı

ÇƏRİ ŞƏHƏR


İçəri Şəhər Bakının ən qədim hissəsidir və 9-cu əsrə aid qala divarlari ilə əhatə olunub. Şəhərin tarixi mərkəzinin içərisindəki küçələr elə planlaşdırılıb ki, Xəzər dənizindən əsən güclü küləklərin qarşısını alsın.

Daha ətraflı

ŞİRVANŞAHLAR SARAYI


Bakıda yerləşən Şirvanşahlar Sarayı 15-ci əsrdə Şirvanşahlar sülaləsi tərəfindən inşa olunub və YUNESKO-nun Ümumdünya irsi statusu olan obyektdir. Bu abidə Şirvan-Abşeron üslubunda inşa olunmuş ən böyük memarlıq abidəsidir və əsas bina, Divanxana, Məqbərə, saray məscidi və sayar hamamından ibarətdir. Sarayın inşası Şirvanşahlar sülaləsindən olan I İbrahimin dövründə başlayıb.

Daha ətraflı

ATƏŞGAH


Atəşgah Od Məbədi və ya Bakı Od Məbədi Suraxanı rayonunda, Bakının yaxınlığında yerləşir. Qala üslubunda inşa olunmuş bu məbədin 1998-ci ildə YUNESKO-nun Ümumdünya irsi statusuna namizədliyi təqdim olunub və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2007-ci ildə tarixi-memarlıq abidəsi elan olunub. Bu abidəni Zərdüşt Od Məbədi adlandıran fərziyədən fərqli olaraq Sanskrit və Punjabi dillərin olan yazılar bu yerin hindlilərin ibadətgahi olduğunu göstərir. Hazırda burada muzey yerləşir və bura artıq məbəd kimi istifadə olunmur.

Daha ətraflı

YANARDAĞ


Yanardağ Bakı yaxınlığında, üzərində bütün il boyu alov dillərinin olduğu təpədir. Bu proses artıq 1000 ildən artıqdır ki, davam edir. Təbii qaz dağın yanlarından çıxır. Bunun sayəsində nə yağış, nə qar bu alovu söndürə bilmir.   

Daha ətraflı

NEFT DAŞLARI


Azərbaycan iqtisadı sıçrayışını öz neft ehtiyatlarına borcludur. Bakı yaxınlığında yerləşən Neft Daşları kompleksi bir çox insanları cəzb edir, lakin bura səfər etmək üçün Azərbaycan respublikası Dövlət Neft Şirkətindən icazə lazımdır.

Daha ətraflı