NILA

İclaslar və Konfranslar

İclaslar və Konfranslar

Bilgah Beach Otel-də 1500 m2 ərazisi olan konfrans mərkəzi var. Mərkəzdə masaların banket üslubunda düzülüşü zamanı 450 nəfərlik, teatral düzülüşü zamanı 600 nəfərlik Bilgah Ballroom banket zalı, 500 nəfərədək qonağın rahatlıqla yerləşdiyi, geniş və çoxfunksiyalı Mardakan Suite & Terrace, eləcə də 15-170 nəfər iştirakçısı olan, işgüzar görüş və danışıqlar üçün iki zal var. Əla təchiz olunmuş konfrans mərkəzin yanında, hər biri 10-12 nəfərlik üç ayrıca iclas kabineti Konfrans mərkəzin qonaqlarının xidmətindədir. Konfrans mərkəzin ayrıca girişi var. Bu da öz növbəsində həm orta, həm də irimiqyaslı konfrans və özəl tədbirlər zamanı qonaqlara rahat giriş imkanı verir.