NILA

Visa

Visa

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra-əcnəbilər) Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ bilərlər. Bir sıra ölkələrin vətəndaşları üçün Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqavilələrə uyğun olaraq təsbit olunmuş Azərbaycan Respublikasına vizasız gəlmək qaydası mövcuddur.  

Viza almaq üçün aşağıda sadalanan sənədlər təqdim olunmalıdır:

  • 1 ədəd doldurulmuş ərizə-anket

  • 2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda)

  • Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd

  • Qəbul edən tərəfin dəvət məktubu və ya əcnəbinin turistik məqsədlər üçün müraciət etdiyi halda turistik vauçer və ya səfərin turistik xarakterli olduğunu sübut edən başqa məlumatlar

  • dövlət rüsumunun ödənilməsi haqqında qəbz


Əcnəbinin pasportunun və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibatlılıq müddəti üç aydan az müddətdə bitirsə bu şəxsə viza verilmir.

Azərbaycana səfər edən turistlər aşağıdakı vebsayt vasitəsilə elektron viza almaq üçün müraciət edə bilərlər:

http://evisa.mfa.gov.az/ və ya http://visa4azerbaijan.az/

Ətraflı və ən son məlumatı əldə etmək üçün, zəhmət olmasa, aşağıdakı vebsaytlara daxil olun